İnsanlara hürriyət, millətlərə istiqlal!

Əziz Əlibəylidən SENSASİON YAZI: "Hər şey, hər cür baxış dəyişəcək..."

Böyük Qayıdış, Böyük Dönüş və Yeni Dövrün adını özündə ehtiva edən isim...

Bu, əslində, necə olmalıdır, tarixi hadisələr, əslində, dilə material verməli deyilmi?

Axı həm də tarixi proseslər bizim öz qalib tariximizin müstəsna hadisələri kimi ilk dəfədir baş vermirmi?

Ondan bunu, başqa dövrlərdə baş verən proseslərdən necə fərqləndirməliyik?

Digər mühüm bir məsələ...

Vətən Savaşı bizim üçün Qalib Dili, Qalibiyyət Linqvistkası üçün yeni terminlər doğurmalı deyilmi?

Bu mövqeyim subyektiv olsa da, bu ifadə edəcəyim fikirlər məntiq elminə əsaslanmaqdadır.

Hər Köç qalib ola bilərmi?

Hər Dönüş qalibiyyətin simvoludurmu?

Və yaxud "dönüş" və "köç" sözlərinin semantikasında sosio-psixoloji durum, sentimental an, əhval-ruhiyyə, milli-ideoloji düşüncə, yeni dövrün milli ideologiyasına adekvat qarşılıq verə bilirmi?

Əsla!

Bizim xalqın xeyir-duasına bürünmüş, Ölkə rəhbərinin qalibiyyətinin təntənəsinin Böyük Uğurlama ifadəsinə ehtiyacı var.

Böyük Uğurlama - öz milli sözümüzdən yaranan, təpədən-dırnağa yerli və milli olan, əhval və ruhiyyədə bol-bol pozitivlik daşıyan sözdür.

O, yeni və milli epoxanın adı olmalıdır.

Gəlin, biz kökündə Uğur dayanan yöndən yanaşaq, gedənə salamatlıq arzulayaq, sevgi və hörmətlə yola salaq, Yol axı Vətənin bu başında o başına - elə öz yurdumuza da aparır.

Gəlin, nitqimizi Köç, Dönüş kimi mənalarını tam ödəməyən sözlərə təslim etməyək.

Uğurlayaq insanlarımızı, uğurlayaq tariximizi, uğurla bir dövrün adını qoyub, düşüncəmizi də ordakı yeni həyatmızı da bu Uğur əsasında inşa edək, onda hər şey, hər cür baxış da dəyişəcək.

Gəlin, ən gözəl uğurlamaları Nihat Bəhramın diliylə soraraq, uğurlayaq:

dəmir yollarına

telefon səslərinə

məktub zərflərinə...

Yavrusunu uçurmağa hazırlanan

quşa sor,

yağmur olub

damla damla göy özündə buluda sor...

Sahibini arzu edən ağ damlara

Çiçəkli bağçalara sor..

Sor ki, uğurlasın bizi...

Keçmişin qaranlıqlarından gələcək aydınlıqlara...

Əziz Əlibəyli,
Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat xidmətinin rəhbəri

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR