Onlayn ictimai-siyasi qəzet
Hindistanın Haryana ştatında sürücülük təhsili alan bir tələbə avtomobilin idarəetməsini itirərək yol kənarında oturan beş nəfəri vurub.
Məlumata görə qəza nəticəsində iki nəfər ağır yaralanıb.
Hadisə yanvarın 4-də, saat 14:50 radələrində Kaytal şəhərində baş verib. Təcrübəsiz sürücü əyləc əvəzinə səhvən qaz pedalına basıb və avtomobil idarəetmədən çıxaraq yol kənarında oturan tacirlərə çırpılıb.
Təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərdə üç nəfərin zərbədən dərhal sonra ayağa qalxdığı, digər iki nəfərin isə avtomobilin altında sürükləndiyi görünür.
Ağır yaralanan şəxslər dərhal xəstəxanaya çatdırılıb.
Hadisə ilə bağlı araşdırmalar aparılır. Polis sürücü namizədlərinin daha təhlükəsiz ərazilərdə təlim keçmələri üçün yeni tədbirlərin görüləcəyini açıqlayıb.
Milli.Az
08 Yanvar 2025
19:29 SON DƏQİQƏ! Zelenski ikinci müddətə prezidentliyə namizədliyini irəli sürür - "Teleqraf" nəşri
18:35 Ağadadaş Ağayev baltalı hücum etdiyi mühafizəçi ilə barışdı – MƏHKƏMƏ BARIŞIĞI QƏBUL EDƏCƏKMİ?
ŞƏRHLƏRŞƏRH YAZ