İnsanlara hürriyət, millətlərə istiqlal!

EUROCONTROL-un və ICAO Şurasının rəhbərləri AZANS-ın stendini ziyarət edib - FOTO

Azərbaycanın hava məkanın qlobal aviasiya şəbəkəsində vacib rolu İsveçrənin Cenevrə şəhərində təşkil olunan beynəlxalq “Airspace World 2023” sərgisində vurğulanıb.

Musavat.com bu barədə "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) istinadən xəbər verir.

Məlumata görə, bu barədə Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) baş direktoru Raul Medina və ICAO Şurasının prezidenti Salvatore Şakitano AZAL-ın “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) stendini ziyarət edərkən bildiriblər.

EUROCONTROL-un baş direktoru Raul Medina ucuşların səmərəliliyinin təmin edilməsi və ekoloji göstəricilərin yaxşılaşdırılması üçün bütün aviasiya sənayesi oyunçuları arasında əməkdaşlığın vacibliyini qeyd edib. O, həmçinin, bildirib ki, bu məqsədlərə nail olmaq üçün qonşu dövlətlərlə sıx əlaqələrin qurulması xüsusi əhəmiyyət kəsb edir.

Bu xüsusda, Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa, hava məkanından istifadəyə və regionda dinamik axının idarə olunmasına görə minnətdarlıq ifadə olunub.

Stand of AZANS _2.jpg (512 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR