Onlayn ictimai-siyasi qəzet
20 və 21 mayda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və “Məktəblinin dostu” layihəsinin birgə təşkilatçılığı ilə 22 və 162 nömrəli tam orta məktəblərdə maarifləndirmə tədbirləri keçirilib.
Musavat.com xəbər verir ki, tədbirlərin keçirilməsində məqsəd məktəblilərin kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi, onların kibergigiyena qaydaları və onlayn mühitdə təhlükəsizlik qaydaları haqqında məlumatlandırılması olub.
Ümumilikdə 228 şagirdin iştirak etdiyi tədbirlərdə ETX-nin əməkdaşı “Kiberbullinqə qarşı mübarizə”, “Uşaqlar üçün kibertəhlükəsizlik qaydaları”, “Fərdi məlumatların mühafizəsi”, “Şifr təhlükəsizliyi” və “Sosial mediadan istifadə qaydaları” mövzularında çıxış edərək məktəblilərə kibertəhlükələrdən qorunmaqla bağlı faydalı məlumatlar verib.
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ