İnsanlara hürriyət, millətlərə istiqlal!

Etibar Əliyev Fazil Mustafanın kitabxanasından yazır – FOTO

Biz yeni dövr üçün yeni ideyalar axtarışındayıq. Dəyərli dostum Fazil Mustafa bu gün məktəbliləri kitabxanası ilə tanış etməklə daha yeni bir ideyaya imza atdı.

Microsoft kompaniyasının rəhbəri, milyarder Bill Geytsin söylədiyinə görə, onun uşaqlarının 14 yaşına qədər smartfonları olmayıb. Xanımı Melinda isə vaxtında bu qərarın qəbul ediməsini ağıllı addım hesab edib.

Biz isə uşaqları baxça yaşından telefona öyrəşdirirk. Və bunun hansı mənfi fəsadlar törədəcəyini hesablamırıq. Uşaqlara kitaba marağı məktəb kitabxanaları və valideynlərin kitabxanası yaratmalıdır. Fazil bəyin bu yeniliyi göstərdi ki, şəxslərin də kitabxanası uşaqların, yeniyetmələrin və gənclərin üzünə açıq olmalıdır.

PIRLS (Progress in International Reading Literacy Study) beynəlxalq testinin 2021-ci üzrə nəticələri bizi məyus etmişdi. Azərbaycanlı şagirdlər 440 balla ən aşağı nəticəni göstərmişdilər. Bu qiymətləndirmənin əsas maraqlı tərəfi şagirdlərin sosial-iqtisadi statusuna görə bölgüsüdür.

Bu bölgüyə görə şagirdlər 3 qrup - yüksək, orta və aşağı sosial-iqtisadi statusa malik qruplar üzrə təsnifləşdiriliblər.

Yüksək status dedikdə valideynlərinin ən azı birinin universitet və digərinin peşə təhsilinə malik olması, evlərində 25-dən artıq kitab və 25-dən artıq uşaqlarla bağlı kitab olması nəzərdə tutulur. Aşağı status valideynlərin hər 2-sinin orta təhsildən yüksək təhsili yoxdur, yaxud ümumiyyətlə təhsilsizdirlər, hər 2 kateqoriya üzrə 25-dən az kitabları var.

Fazil bəyin uşaqların mini kitabxana yaratmaları ideyası da çox maraqlıdır. Valideynlər sosial statuslarından asılı olmayaraq bunu edə bilərlər. Mini-kitabxanada hansı kitablar olmalıdır? Düşündürücü sual elə budur.

Fazil Mustafanın bu günkü faydalı addımı şagirdlərin yaddaşından silinməyəcək. Çətin həyat yolu keçərək böyük uğurlara imza atmış millət vəkilinin intellektual inkişafında kitabın rolu danılmazdır. Düşünürəm ki, şagirdlər Fazil Mustafanın nəhəng kitabxanasına daxil olan kimi bu duyğunu yaşadılar. Bəli, kitab-yaddaşdır. Şagird yaddaşınının formalaşmasında da kitab ən yaxşı dəyərdir.

Kitab köməyimiz olsun...

Etibar Əliyev

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR