İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsgərliyə gedənlərin tibbi müayinəsi belə aparılacaq - YENİLİK

Ötən il dekabrın 1-dən  Bərdə şəhərindəki Qarabağ Regional DOST Mərkəzində fəaliyyətə başlayan Ambulator Reabilitasiya Mərkəzi (“RehaPoint”)  tərəfindən bölgədə yaşayan 120-dək şəxsə ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətləri göstərilib.

Musavat.com xəbər verir ki, bu barədə Agentliyin İdarə Heyətinin sədri Anar Bayramov qurumun 2023-cü ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran hədəflərə dair keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, əlilliyi olan şəxslər ehtiyac duyduqları reabilitasiya vasitələri ilə təmin ediliblər.

2022-ci ildən fəaliyyətə başlayan “RehaBus” (Reabilitasiya Avtobusu) layihəsi çərçivəsində isə artıq 1232 nəfərə xidmət göstərilib. A. Bayramov onu da əlavə edub ki, dövlət başçısının müvafiq Fərmanı ilə 2024-cü il iyulun 1-dən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı bir sıra qərarların qəbulu üçün yekun tibbi müayinə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçiriləcək. 

Tədbirdə o da qeyd edilib ki, onkoloji xəstələrə sosial psixoloji dəstək də göstərilir. 185 onkoloji xəstə artıq bu layihəyədən yararlanır.

Afaq Mirayiq
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR