İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsgərin ardınca Qarabağa nur aparanlar – bölgəni işıqlı günlər gözləyir

Dildə demək asandır: “Şuşaya işıq verildi”. Zamanında uyğun informasiyları mediada oxumuş və elə bir əhəmiyyət vermədən, adi təsərrüfat xarakterli məlumat sayaraq üstündən keçmişdik.

İndi siz Şuşaya işığın hansı zamanda və şəraitdə verilməsinə diqqət edin: Şuşa işğaldan azad ediləndən 37 gün sonra, xüsusi təyinatlı əsgərlərin keçilməz meşələrdə açdığı cığırdan, sərt relyefdən keçərək...
Hələ buraya cürbəcür təhlükələr (minalar və gizlənmiş diversantlar) və çətinliklər (gözün burunu görmədiyi sıx dumanda, intensiv yağmurda yüksək gərginlik daşıyacaq kabellər çəkmək, ağır beton dirəklər basdırmaq) də daxildir.

Amma “Azərişıq” ASC-nin fədakar işçiləri bütün bu çətinlikləri mətanətlə dəf ediblər və qarşıya qoyulmuş məqsədə gözlənildiyindən də qısa zamanda çatıblar.

bfec3cb2-4ee9-4dd7-b67d-11dd7dde55f1.jpg (85 KB)

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlunun bu barədə əməkdaşımızla danışarkən öz iş yoldaşları ilə açıq-aşkar qürur duyması təbii idi. O zamanlar bütün cəmiyyəti sarmış coşquya, fədakarlığa işıqçılarımız da qoşulublar və bunun sayəsində Şuşadakı hərbçilərimiz və mülki insanlarımız yeni ili nur içində qarşılayıblar.

Vaqif Aydınoğlu danışır ki, Şuşa işıqla təmin olunandan sonra da “Azərişıq”ın əməkdaşları bir gün də olsun əllərini Qarabağdan çəkməyiblər və ardıcılı olaraq bölgədə yarımstansiyalar tikməkdə, elektrik təchizatını yaxşılaşdırmaqda davam ediblər.

16651287231032217506_1000x669.jpeg (279 KB)

Jurnalistlər Füzuli rayonunda tikintisi davam edən Rəqəmsal Stansiya İdarəetmə Mərkəzi ilə tanış olarkən öyrəndilər ki, təməli 2021-ci il oktyabrın 17-də (Füzulinin işğaldan azad olunmasının birinci ildönümündə) Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulan, 35/0,4 kV-luq 2x2500 kVA gücündə olan rəqəmsal yarımstansiyanın yikintisi artıq başa çatmaq üzrədir. Bu, elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir.

Yarımstansiya qapalı tiplidir, istismar və idarəetmə əməliyyatları məsafədən həyata keçirilir, daimi işçi heyətə ehtiyac olmur.

90ab3f5a-eed4-4034-b2ab-6756489ba4f8.jpg (157 KB)

Xocavənd rayonunun Hadrut qəsəbəsində isə “Hadrut” qovşaq yarımstansiyasının tikintisi davam edir. Bu müəssisənin təməli isə Prezident tərəfindən 2021-ci il oktyabrın 9-da qoyulub. “Şükürbəyli”, “Hadrut” və “Şuşa” yarımstansiyaları arasında yaradılmış dairəvi elektrik təchizat sxeminə daxil olan yeni “Hadrut” qovşaq yarımstansiyası Hadrut qəsəbəsində qurulacaq müxtəlif təyinatlı infrastrukturun elektrik enerjisinə olan tələbatını qarşılayacaq, Xocavənd rayonunun bir hissəsinin, Şuşa və ətraf ərazilərin elektrik təchizatının etibarlılığını və dayanıqlılığını təmin edəcək. Zərurət yaranarsa, Hadrut qovşaq yarımstansiyası vasitəsilə Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını da elektrik enerjisi ilə təchiz etmək mümkün olacaq.

Şuşadakı Rəqəmsal İdarəetmə Mərkəz isə artıq hazırdır və açılışı bu il mayın 10-da Prezident İlham Əliyevin tərəfindən edilib.

Ənənəvi üçpilləli paylayıcı elektrik şəbəkələrinin yerinə Şuşada qurulan yeni dairəvi elektrik təchizat sxemi müasir dəringirişli ikipilləli şəbəkələrlə əvəz edilib.

1083-113491.jpg (1.32 MB)

 

V.Aydınoğlunun verdiyi məlumata görə, yeni şəbəkənin istifadəyə verilməsi ilə ənənəvi 35/10 kV-luq yarımstansiyaların və 10 kV-luq elektrik verilişi xətlərinin tikintisi, saxlanma və istismar xərcləri aradan qaldırılır, texnoloji itkilər minimuma endirilir, ətraf mühit və canlı orqanizmlərə elektromaqnit sahə şüalanmasının mənfi təsiri azaldılır, xidmət heyəti və texniki nəqliyyat vasitələri ixtisar edilir, xidmətin keyfiyyəti yaxşılaşdırılır.

“Bir yerdə yüklənmə olarsa rəqəmsal mərkəz dərhal həmin nahiyədəki yüklənməni aradan qaldırır, başqa yerdə gərginlik aşağı düşərsə, elektirk enerjisinin lazımi gərginlikdə verilişini bərpa edir”, - ASC-nin mətbuat xidmətinin rəhbəri bildirir.

“Azərişıq” ümumilikdə Şuşada 9 yeni müasir transformator yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisini planlaşdırıb və bunu 6-sı artıq tikilib, birinin açılış edilib. Digər 3 yarımstansiya isə gələn il ərzində istismara veriləcək. Şəbəkəyə aid xətlər yeraltı çəkiləcək.

777.jpg (112 KB)

Bir sözlə, Qarabağı sözün bütün mənalarında işıqlı günlər gözləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR