İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın xüsusi nümayəndəsi səfirləri Türkiyə ilə aparılan danışıqlar barədə məlumatlandırıb

Bu gün Ermənistan parlamentinin vitse-spikeri, rəsmi İrəvanın Türkiyə ilə münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan bir neçə ölkənin səfiri ilə görüşüb.

Musavat.com “Report” a istinadən xəbər verir ki, görüş diplomatların müraciəti əsasında baş tutub.

R.Rubinyan Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün aparılan danışıqlardakı son durum, həmçinin xüsusi nümayəndələrin dördüncü görüşü nəticəsində əldə edilmiş konkret razılaşmalar barədə məlumat verib.

Qeyd edək ki, görüşdə İsveçin Ermənistandakı səfiri Patrik Svensson, Finlandiyanın səfiri Kirsti Narinen, Estoniyanın səfiri Rina Kalyurand və başqa diplomatlar iştirak ediblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR