İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın referendum oyunu-Paşinyan bu səbəbdən vaxt qazanır...SENSASİYA


Ermənistan sülh prosesini uzatmaq üçün əlindən gələni edir. İndi də Azərbaycanın əsas tələbi olan konstitusiya ilə bağlı referendumun 2027-ci ildə keçiriləcəyini deyirlər.

Ədliyyə naziri  Qriqor Minasyan ötən gün açıqlamasında bildirib ki, yeni razılaşmaya uyğun olaraq konstitusiya referendumu 2027-ci ilə planlaşdırılır. “Bu o deməkdir ki, bu mürəkkəb sənəd üzərində detallı işləyəcəyik, tələsmədən ictimai müzakirələr aparacağıq, həmçinin bütün mütəxəssislərlə çalışacağıq”, -deyə nazir qeyd edib.

Qeyd etmək lazımdır ki, Q.Minasyan Konstitusiya İslahatı Şurasının başçısıdır. Ölkə konstitusiyasına təklif olunan dəyişikliklərlə bağlı yaradılan şuraya dövlət rəsmiləri, hökumətyönümlü siyasətçilər, iki qeyri-hökumət təşkilatının liderləri daxildir.

Mövcud konstitusiyada Azərbaycana ərazi iddiaları var. Məhz buna görə də rəsmi Bakı sülh üçün referendumun da keçirilməsini tələb kimi qoyub. Referendumun 2027-ci ildə keçiriləcəyinin elan edilməsi isə Amerikadan, Hindistandan, Fransadan silah alan Ermənistanın zaman qazanması kimi görünür. Sülhdən yana olmayan Ermənistan yenə də müxtəlif dairələrin maşası rolundadır və öz ayaqları ilə uçuruma gedir.

Asim Mollazadə yenidən deputat olmaq istəyir – Özündən AÇIQLAMA

 Deputat Asim Mollazadə Musavat.com-a açıqlamasında referendumun 2027 ildə keçirilməsinin Azərbaycan-Ermənistan münasibətlərinə, sülh prosesinə təsirini, Paşinyan hakimiyyətinin əsl  məqsədini şərh edib.

A. Mollazadə Ermənistanın sülh istiqamətində zəruri addımlar atmadığını vurğulayıb. Onun fikrincə, yeni tarixlər, yeni bəhanələr sülh prosesini uzatmaq məqsədi daşıyır:
“Ermənistan hakimiyyəti çox güman ki, daxildə olan köhnə hakimiyyət, hərbi cinayətkarlardan qorxur. Diaspora da bölgədə sülh, əmin-amanlıq olmasına imkan vermir. Diaspora Ermənistanda yaşayan ermənilərin hər zaman faciəli həyat yaşamasını istəyir. Onlar bu faciələrdən istifadə edib maliyyə toplayır və çirkin kampaniya aparırlar. II Qarabağ müharibəsində məğlubiyyətdən sonra erməni əhalisi Paşinyana səs verib, onu hakimiyyətdə saxladı. Çünki erməni xalqı Paşinyandan vəd etdiyi sülhü gözləyir. Paşinyan sülhə nail olmasa, sabitlik yarada bilməsə, ona inam itəcək və onu asanlıqla devirə biləcəklər. Paşinyan sülh üçün ciddi addımlar atmalıdır, əks halda  o, hakimiyyəti itirə bilər”.

A.Mollazadə hesab edir ki, referendumun 2027-ci ildə keçirilməsi yeni qarşıdurmaya hazırlıq görüldüyünü istisna etmir, sadəcə olaraq, Ermənistanın qarşıdurma yaratma imkanı yoxdur: “Söhbət həm siyasi, həm də hərbi gücdən gedir. Tarixən də sığındıqları imperiya zəifləyəndə ermənilər başqa imperiyaya qaçıblar. Osmanlıdan Rusiyaya qaçdılar, indi isə Rusiyanın taleyindən asılı olaraq özlərinə yeni sahib axtarışındadırlar. Bu silahlanma sadəcə şou xarakteri daşıyır. Erməni diasporu, korrupsiya ilə bağlı olan ölkələr, məsələn Fransa Ermənistana köhnə, istifadəyə yararsız silahları göndərir. Bununla da ermənilərə dəstək nümayiş etdirir”.

A.Mollazadə qeyd etdi ki, Ermənistanı sülhə məcburetmə üçün Azərbaycan səbirli olmalıdır:

“Azərbaycan hazırda xalqımız  üçün önəmli olan Böyük Qayıdışı layihəsi üzərində işləyir, Qarabağı bərpa edir, minalardan təmizləməyə çalışır. Digər tərəfdə isə Azərbaycana qarşı çirkin informasiya müharibəsi davam etdirilir. Diplomatik sahədə erməni diasporası ilə bağlı olan siyasətçilər Azərbaycana qarşı təzyiq göstərməyə çalışırlar. Azərbaycan isə öz işini görməyə davam edir. Biz istədiyimizə nail olduq- Qarabağ Azərbaycandır! Qarabağı bərpa etməliyik. Biz elə gücə malikik ki, ölkəmizə qarşı hər hansı hərbi təhlükə yaranarsa, o təhlükənin qarşısı alınacaq”. 

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR