İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın müdafiə nazirinin müavini “təkərə düşdü”

“Sərhəddə vəziyyət nisbətən sabitdir”.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan yerli jurnalistlərə bildirib.

O, müdafiə nazirinin Fransaya səfərinə toxunaraq qeyd edib ki, Müdafiə Nazirliyi bununla bağlı müvafiq məlumat yayacaq.

Fransa ilə Ermənistan arasında silah-sursatın əldə edilməsinə dair sazişin imzalanıb-imzalanmadığını soruşduqda, nazir müavini sualdan yayınaraq belə cavab verib: “Müdafiə nazirinin Fransaya səfəri zamanı müzakirələrin nəticələri barədə müvafiq məlumat veriləcək”.

Sarkisyana Qarabağ ərazisində keçirilən Türkiyə-Azərbaycan birgə hərbi təlimləri barədə də sual verilib.

“Bu təlimlər Ermənistan üçün təhlükə yaradırmı?” sualına Ermənistan müdafiə nazirinin müavini yayğın cavab verib: “Görürsən ki, biz heç bir məlumatı gizlətmirik, nə olursa-olsun, biz vaxtaşırı hər şeyi açıqlayırıq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR