İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın keçmiş naziri buna görə həbs olundu- SƏBƏB

Xəbər verdiyimiz kimi Ermənistanın keçmiş təhsil naziri, hazırda müxalifətdə olan Respublika Partiyasının sədr müavini Armen Aşotyan həbs edilib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bununla bağlı Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan məlumat verib.

Rəsmi informasiyaya əsasən, Aşotyan İrəvan Dövlət Tibb Universitetinin Fondunda mənimsəmə faktı ilə bağlı cinayət işi üzrə saxlanılıb. Qor Abramyanın sözlərinə görə, Aşotyana qarşı istintaq hərəkətləri aparılır, daha sonra komitə işlə bağlı təfərrüatları və faktları təqdim edəcək.

Xatırladaq ki, 2022-ci ilin sonunda keçmiş təhsil və elm naziri Armen Aşotyan və İrəvan Tibb Universitetinin keçmiş rektoru Mikayel Nərimanyan universitetə məxsus təxminən 100 min dollar məbləğində əmlakın mənimsənilməsi ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilib. Onlar Tsovasar otel kompleksinin kotteclərini baha qiymətə almaqda ittiham olunurlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR