İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın baş naziri: “Azərbaycanla sülh müqaviləsi bağlayacağımız hələ fakt deyil”

 

“Mən hazıram və ümid edirəm ki, səsləndirdiyim problemlərin həlli çərçivəsində sülh sazişi imzalanacaq”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu aprelin 20-də Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərə müsahibəsində deyib.

Paşinyan sülh gündəminə inandığını da əlavə edib. “Danışıqlar zamanı zəmanətlərin verilməsi bizim üçün vacibdir və heç bir zəmanətin olmaması beynəlxalq mövqeyimizin ən mühüm xüsusiyyətidir. Bu gün dünyada öz təhlükəsizliyi üçün zəmanət verə biləcək ölkə yoxdur”, - deyə Paşinyan vurğulayıb.

“Niyə belə olan halda Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalayır” sualına Ermənistan hökumətinin başçısı belə cavab verib: “Bizim bunu imzalayacağımız hələ fakt deyil”.

Paşinyan Azərbaycanın eyforiyada olduğunu və təxribat xarakterli bəyanatlar verdiyini deyib. “Məqsəd Ermənistanın bu təxribata uyması və Azərbaycanın düşündüyü plana uymasıdır”, - deyə erməni baş nazir söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR