Onlayn ictimai-siyasi qəzet
Yuxarı Lars keçid məntəqəsinə (Gürcüstan-Rusiya sərhədi) gedən yol bütün nəqliyyat vasitələri üçün bağlıdır.
Musavat.com-un məlumata görə, bu barədə Ermənistanın Rusiya Federasiyasındakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan bildirib.
Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində yüksək səviyyədə uçqun təhlükəsi ilə əlaqədar Xaç aşırımından keçid bütün avtomobillər üçün bağlanıb”, - məlumatda deyilir.
Gürcüstan Hərbi Yolu hazırda Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yoludur. Pis hava şəraitinə görə vaxtaşırı bağlanır.
Musavat.com
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ