İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan kilsəsində qalmaqal

Ermənistan Apostol Kilsəsi (EAK) Ovanavank məbədinin ruhani rəhbəri keşiş Aram Asatryanı ruhanilikdən məhrum edib. Artıq onun dünyəvi adı Stepan Asatryandır.

Musavat.com xəbər verir ki, qərarın səbəbi Aqatson yepiskopluğunun rəhbərinin məruzəsi və EAK intizam komissiyasının rəyidir.

Komissiyanın qənaətinə görə, “Aram Asatryan öz çıxış və bəyanatları ilə həm Ermənistan Apostol Kilsəsini, həm də yepiskopluq rəhbərini və digər ruhaniləri nüfuzdan salıb”.

Xatırladaq ki, Aram Asatryanın Ermənistan İctimai Televiziyasına verdiyi müsahibə – yəni onu 2021-ci ildə müxalifətin mitinqlərinə zorla qatılmağa məcbur etdikləri barədə dedikləri – yepiskop Mkrtiç Proşyan (Katolikosun qardaşı oğlu) və kilsə idarəsinin rəhbəri Qaregin Arsenyana qarşı cinayət işinin başlanmasına səbəb olub.

Hər iki ruhani ötən həftə həbs olunub. Onlar vətəndaşları mitinqlərə məcbur etmə, etimaddan sui-istifadə edərək mənimsəmə və seçki hüququnun pozulması kimi maddələrlə ittiham olunurlar.

Jurnalistlərin “peşman deyilsinizmi ki, dedikləriniz başqa ruhanilərin həbsi ilə nəticələndi” sualına Asatryan belə cavab verib:

“Hamı öz əməlinə görə cavab verməlidir”.

Xatırladaq ki, 15 oktyabrda hüquq-mühafizə orqanları 13 ruhanini, o cümlədən Aqatson yepiskopu Mkrtiç Proşyanı və 3 mülki şəxsi saxlamışdı. Onlardan üçü – o cümlədən yepiskop – barəsində cinayət təqibi başlanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR