İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiflisdə Paşinyan və Kobaxidze arasında görüş keçirildi

Tiflisdə Gürcüstanın baş naziri İrakli Kobaxidze və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

Musavat.com xəbər verir ki, danışıqlar zamanı tərəflər iki ölkə arasında siyasi və regional əməkdaşlıq məsələlərini müzakirə ediblər. Söhbət zamanı həmçinin ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, regional layihələr və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

İrakli Kobaxidze sosial şəbəkə hesabında yazıb: “Nikol Paşinyanla görüş çox səmərəli keçdi. Əminəm ki, bu görüş Gürcüstan və Ermənistan arasındakı əməkdaşlığı daha da möhkəmləndirəcək". 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR