İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa hərəkətə keçdi: Ukrayna müharibənin dayandırılması üçün 12 bəndlik plan...

Ukrayna və bir sıra Avropa ölkələri tərəfindən hazırlanmaqda olan 12 bəndlik təklif paketi döyüşlərin hazırkı cəbhə xəttində dayandırılmasını nəzərdə tutur.

Musavat.com xəbər verir ki, Bloomberg agentliyinin məlumatına görə, sənəd atəşkəsin və danışıqlar mərhələsinin əsas prinsiplərini əhatə edir.

▪️ Planın ilk addımı kimi atəşkəs elan olunmalı, hər iki tərəf “ərazi baxımından irəliləməni dayandırmaq” öhdəliyini götürməlidir.

▪️ Daha sonra deportasiya olunmuş ukraynalı uşaqların geri qaytarılması və əsirlərin mübadiləsi həyata keçirilməlidir.

▪️ Ukraynaya təhlükəsizlik zəmanətləri, müharibənin vurduğu ziyanın aradan qaldırılması üçün maliyyə dəstəyi və Avropa İttifaqına sürətli üzvlük imkanı veriləcək.

▪️ Rusiyaya qarşı sanksiyalar tədricən aradan qaldırılacaq, lakin Moskvanın Mərkəzi Bankına məxsus təxminən 300 milyard dollarlıq dondurulmuş aktivlər yalnız o halda geri qaytarılacaq ki, Kreml həmin vəsaitlərin bir hissəsini Ukraynanın bərpasına yönəltməyə razı olsun. Əgər Rusiya yenidən Ukraynaya hücum edərsə, sanksiyalar bərpa ediləcək.

▪️ Plan həmçinin işğal olunmuş ərazilərin idarəçiliyi barədə danışıqlara başlanmasını nəzərdə tutur. Bununla belə, Avropa və Ukrayna bu əraziləri rəsmi olaraq Rusiyanın hissəsi kimi tanımayacaq.

Agentliyin mənbələri bildiriblər ki, planın detalları hələ işlənmə mərhələsindədir və dəyişikliklər mümkündür. Bundan başqa, təklifin qüvvəyə minməsi üçün ABŞ-ın razılığı vacib sayılır. Avropa rəsmiləri bu məsələni müzakirə etmək üçün yaxın günlərdə Vaşinqtona səfər edə bilərlər. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR