İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistandan növbəti həyasızlıq: BMT məhkəməsinə Azərbaycana qarşı yeni iddia təqdim olunub

Ermənistan bu gün BMT-nin Beynəlxalq Məhkəməsinə Azərbaycana qarşı iddia təqdim edib.

Məhkəmənin yaydığı press-relizdən məlum olur ki, iddiada Qarabağın erməni əhalisinə qarşı İrqi Dsikriminasiyanın bütün növlərinin ləğvinə dair Beynəlxalq Konvensiyanın pozulması məsələsi yer alıb.

Məlumatda qeyd olunur ki, Ermənistan iddiasında məhkəmənin 41 saylı statutuna və 73 saylı reqlamentinə əsaslanmaqla, Azərbaycana qarşı adıçəkilən konvensiyanın tələbinə uyğun müvəqqəti tədbirlər görülməsini, Qarabağda qalan ermənilərin sıxışdırılmasına yönəlmiş hərəkətlərdən çəkinməsinin tələb olunmasını xahiş edib.

Qeyd edək ki, Azərbaycan Qarabağda Ermənistan işğalının yaratdığı dağıntıları, mina təhlükəsini və sair halları yerindəcə qeydə almaq üçün bölgəyə BMTmissiyasını dəvət edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR