Onlayn ictimai-siyasi qəzet
Ermənistan rus sülhməramlılarının nəzarət etdiyi ərazidə öz hakimiyyətini elan edən qondarma və oyuncaq “DQR”ə 2,9 milyard dram, yəni 7 milyon ABŞ dolları kredit verib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin bugünkü iclasında qərar qəbul edilib.
“Ermənistanın 2023-cü il dövlət büdcəsindən vergi daxilolmaları hesabına “Artsax Respublikasına” (qərarda belə də deyilir-red.) müharibədən sonrakı dövrdə sosial gərginliyn azaldılması məqsədilə 2,9 milyard dram məbləğində dövlətlərarası kreditin verilməsi planlaşdırılır”,-deyə sənəddə bildirilir.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ