Onlayn ictimai-siyasi qəzet
Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidməti Vladimir Balandin adlı Belarus vətəndaşına qaçqın statusu verilməsi barədə qərar qəbul edib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi tərəfindən məlumat yayılıb.
Təşkilatın hüquq departamentinin ofisi və koordinatoru Ani Çatinyan Balandinin ekstradisiyasının qarşısını almaq üçün 8 aydan artıq çalışdıqlarını bildirib.
Balandin artıq Ermənistanda qaçqın statusuna malik olduğu üçün ekstradisiya ilə üzləşmir və onun ekstradisiyası konvensiya ilə qadağandır.
Vladimir Balandin barəsində Belarusda siyasi aksiyalarda iştirak etməsi ilə bağlı cinayət işi başlanıb.
Musavat.com
19 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ