İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda suverenlikdən imtinaya çağırışlara görə həbs cəzası tətbiq olunacaq

Ermənistan hökuməti suverenlikdən imtinaya çağırışlara görə həbs cəzası nəzərdə tutan yeni qanun layihəsi verib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, hökumət “Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsini artıq ictimai müzakirəyə çıxarıb.

Layihədə dəyişikliklərin məqsədinin “dövlətin suverenliyinin qorunmasına birbaşa yönəlmiş cinayət-hüquqi tədbirlərin təmin edilməsi” olduğu göstərilir. Layihəyə görə, “zorakılıq tətbiq etməklə və ya onun tətbiqi hədəsi ilə, habelə ictimai çağırışlarla Ermənistanın suverenliyinin başqa dövlətin və ya beynəlxalq və ya fövqəlmilli ictimai təşkilatın xeyrinə tam və ya qismən məhdudlaşdırılmasına yönəlmiş hərəkətlər. suverenlikdən imtinaya yönəlik çağırışlar” cinayət əməlləri sayılacaq.

Qanunu pozanları 12 ildən 15 ilə qədər həbs cəzası gözləyir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR