Onlayn ictimai-siyasi qəzet
“Hər şeyə hazıram, uşaq deyiləm”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər parlamentdə jurnalistlərlə söhbətində müstəqil deputat Ovik Ağazaryan tərəfindən gəlib.
Qeyd edək ki, hakim partiyanın keçmiş deputatı Ovik Ağazaryan hazırda Ermənistanda siyasi qalmaqalın mərkəzində durur.
Partiyadaxili, habelə ölkə siyasəti ilə bağlı məlumatları sızdırmaısna görə Ovik Ağazaryanın deputat toxunulmazlığından məhrum ediləcəyi ilə bağlı xəbərlər gəlir.
“Mən bunu istisna etmirəm. İstəyirəm ki, telefonumdakı bütün məlumatları yaysınlar. Əgər yaymasalar, özüm edəcəm. O zaman cinayətimin nə olduğunu soruşacam”, -deyə, qalmaqallı deputat söyləyib.
Bütün bunlardan sonra onu nələr gözlədiyini soruşduqda erməni deputat belə cavab verib: “Sizin və vətəndaşların təxəyyülünüz məni qarşıda nələrin gözlədiyini və hansı vəziyyətdə olduğumu təsəvvür etməyə kifayət etməyəcək. Amma qurban olmağa hazırlaşıram”.
Ağazəryanın sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan heç bir vasitə ilə onun mandatını verməsini tələb edə bilməz. "O, mənim mandatımdan məhrum etmək üçün istənilən vasitədən istifadə edə bilər, bunlar fərqli şeylərdir", - deyə erməni deputat qeyd edib.
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ