Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Gümrü və Parakar şəhərlərində növbədənkənar bələdiyyə seçkiləri keçirilir.
Musavat.com xəbər verir ki, saat 08:00-dan etibarən seçki məntəqələri seçicilərin üzünə açılıb və səsvermə prosesi 20:00-a qədər davam edəcək.
Gümrüdə keçirilən seçkilərdə 6 siyasi partiya və 3 siyasi alyans iştirak edir. Ermənistan hakimiyyətində olan “Vətəndaş Müqaviləsi” partiyasının namizədi Saryk Minasyan artıq səs verib və Gümrü ictimaiyyətinə birlik çağırışı edib.
Eyni zamanda Armavir vilayətinin Parakar qəsəbəsində də növbədənkənar seçkilər təşkil olunub. Burada 3 siyasi partiya və 1 alyans yerli özünüidarəetmə orqanında təmsil olunmaq uğrunda mübarizə aparır.
Bu seçkilər təkcə Ermənistan üçün deyil, regionun geosiyasi düzənində maraqlı oyunçular üçün də əhəmiyyətlidir. Azərbaycan tərəfi Gümrü və Armavir bölgələrini diqqətlə izləyir, çünki bu ərazilər ölkəmizin sərhədlərinə yaxın və hərbi-siyasi baxımdan strateji nöqtələr hesab olunur. Gümrüdə həm də Rusiyanın 102-ci hərbi bazası yerləşir ki, bu da bölgənin əhəmiyyətini daha da artırır.
Seçkilərin nəticələri və formalaşacaq yerli idarəetmə orqanlarının gələcək fəaliyyəti Ermənistanın daxili siyasi kursuna, eləcə də regiondakı balanslara təsirsiz ötüşməyəcək.
Musavat.com seçkilərin nəticələrini və onların Azərbaycan-Ermənistan münasibətləri fonunda mümkün təsirlərini izləməyə davam edəcək.
Musavat.com
01 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ