İnsanlara hürriyət, millətlərə istiqlal!

Krım BOMBALANDI, Zelenskidən ŞOK: Pokrovski AZADDIR, hamısını MƏHV etdik! CANLI

Ukrayna ordusu Krımda Cankoy dəmir yolu stansiyasında əməliyyat keçirib. Ukrayna Baş Qərargahından məlumat verilib.

“Ukrayna Silahlı Qüvvələrinin xüsusi əməliyyat qüvvələri Cankoy dəmir yolu stansiyası yaxınlığında xüsusi əməliyyat həyata keçirib. Əməliyyat avqustun 21-nə keçən gecə baş tutub. Xüsusi təyinatlılar rusların yanacaq dolu qatarına hücum edib”, - məlumatda qeyd olunub. Bildirilib ki, hücum nəticəsində rus ordusunun cənub qruplaşmasının təminatında çətinliklər yaranıb.

Ukrayna hərbçiləri mövqelərin dərinliklərinə soxulan işğalçı qrupları demək olar ki, tamamilə məhv edib. Ukrayna Prezidenti Vladimir Zelenski belə deyib.

“Cəbhənin real vəziyyəti. Pokrovsk istiqamətində mövqelərimizə soxulan işğalçıları məhv edirik. Onların demək olar ki, 100%-i məhv edilib”, - Zelenski bildirib.

Ukrayna prezidentinin sözlərinə görə, Rusiya ordusu Zaporojye istiqamətində qüvvələrini genişləndirir:

Zaporojyedə düşmən öz qüvvələrini artırır. Görürük ki, onlar qoşunların bir hissəsini Kursk istiqamətindən Zaporojyeyə köçürməyə davam edirlər. Oradakı mövqelərimiz itirilməyib”.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu deputat Elşad Musayevlə gündəmi müzakirə edir.

https://www.facebook.com/tvmusavat


https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR