İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan və Makron Azərbaycan-Ermənistan münasibətlərindən DANIŞDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.

Görüş zamanı iki ölkə arasındakı münasibətlər, Rusiya–Ukrayna müharibəsi ətrafında sülh prosesləri, eləcə də Qəzzadakı son durum daxil olmaqla bir sıra beynəlxalq və regional məsələlər müzakirə olunub.

Musavat.com xəbər verir ki, danışıqda əsas diqqət Ermənistan və Azərbaycan arasında Donald Trampın vasitəçiliyi ilə keçiriləcək danışıqlara yönəlib.

Makron bildirib ki, indiyədək əldə olunmuş irəliləyiş davam etdirilməli və prosesin sürəti saxlanmalıdır.

O, vurğulayıb ki, məqsəd bütün sərhədlərin açılması, regional əməkdaşlığın genişləndirilməsi və bölgədə sabitliyin möhkəmləndirilməsidir.



Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR