İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda iki hərbçi həbs edildi

Hərbçi Albert Siroyanın ölümü ilə bağlı aparılan istintaqın gedişində hallar müəyyən edilib.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl bildirilmişdi ki, martın 16-da saat 21:10 radələrində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müdafiə hissəsinin döyüş mövqeyində çağırışçı əsgər, sıravi Albert Levonoviç Siroyan ölümcül yaralanıb.

AK-74 avtomatından onun çənə nahiyəsinə atəş açılıb. Araşdırmalar çərçivəsində mərhumun iki həmkarı saxlanılıb. Onlardan biri Cinayət Məcəlləsinin 359-cu maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli bilinən çağırışçı, ikincisi, CM-nin 375-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli bilinən kiçik çavuşdur.
İstintaq davam edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR