Onlayn ictimai-siyasi qəzet
Ermənistanda kəskin respirator virus infeksiyalarına (ARVI) yoluxma hallarında artım qeydə alınıb. Bu ölkədə həmçinin A tipli qrip - H3N2 (“Honkonq qripi”), B tipli qrip və COVID-19 halları da qeydə alınıb.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ölkədə kəskin respirator virus infeksiyaları arasında RS virusu (respirator sinsitial infeksiya), rinovirus və koronavirus (SARS-COV-2) geniş yayılıb.
Qeyd edilib ki, koronavirusla bağlı vəziyyət stabilləşib. Oktyabrın 20-dən dekabrın 4-dək COVID-19-a 165 yoluxma halı qeydə alınıb.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ