İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda hərbi hissə komandirinə cinayət işi açıldı

2021-ci il noyabrın 14-də Ermənistan silahlı qüvvələrinin ordu korpusunun komandiri vəzifəsini tutan V.Q. hərbi hissənin komandiri A.M.-ə Azərbaycan tərəfi ilə planlaşdırılmış danışıqlar aparmağa icazə verib (rəsmi məlumatda bütün ad və soyadlar yalnız baş hərfləri ilə göstərilib - red.).

Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, bununla bağlı Ermənistanda həmin komandirə qarşı cinayət işi açılıb.

Ermənistan Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, V.Q. hansısa yolun açılması ilə bağlı Azərbaycan tərəfinin konkret cavab gözlədiyi barədə hərbi hissə komandirindən raport alıb, bundan sonra şəxsi heyəti döyüş növbətçiliyindən irəli gələn vəzifələri yerinə yetirməkdən yayındıran əmr verib.

“Hərbi hissə komandiri danışıqların dayandırılması və düşmənin irəliləməsinin qarşısının alınması barədə vaxtında əmr vermək əvəzinə, digər zabitlərlə birlikdə müdafiə xəttinə tələsib. Burada onun müavini G.İ. düşmənin irəliləyişini dayandırmaq və Ermənistan ərazisinə girməsinin qarşısını almaq üçün xəbərdarlıq atəşi açmaq əmri ilə kifayətlənib. Nəticədə hərbi hissənin komandiri və şəxsi heyəti mühasirəyə düşüb. Hərbi hissənin rota komandirləri M.P. və A.T. əmri yerinə yetirmək əvəzinə, düşmənin psixoloji təzyiqinə tab gətirməyərək müvafiq əmr olmadan mövqelərini tərk edərək hərbi hissə komandiri ilə birlikdə mühasirəyə alınıblar. Nəticədə düşmən müqavimət göstərmədən “Ermənistan ərazisinə” girib və bir sıra döyüş mövqelərini nəzarətə götürüb.

Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 365-ci maddəsinin 3-cü hissəsi (döyüş vəzifəsi və ya döyüş xidməti qaydalarını pozma) ilə cinayət təqibinin başlanması barədə qərar qəbul edilib”, - deyə məlumatda qeyd olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR