Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi 2017-ci ildə ordunun ehtiyacları üçün müsabiqə əsasında antifrizin satın alınması zamanı 60 milyon dram oğurluq ittihamı ilə hərbi hissə komandirini və müsabiqə komissiyasının 6 üzvünü saxlayıb.
Bu barədə Ermənistanın Antikorrupsiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, hərbi hissə komandiri və daha 3 nəfər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət göndərilib.
O da qeyd olunub ki, təchizatçı şirkət “Mosesko” MMC-nin direktoru da həbs edilib.//APA
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ