Onlayn ictimai-siyasi qəzet
Ermənistanda 2024-cü ilin yanvar-sentyabr aylarında doğum səviyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7,2% azalıb.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Milli Statistika Komitəsi məlumat yayıb.
Məlumata əsasən, Ermənistanda 2024-cü ilin yanvar-sentyabr aylarında doğum səviyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7,2% azalıb.
Bildirilir ki, cari ilin hesabat dövründə Ermənistanda 24 997 uşaq doğulub. Halbuki bu rəqəm 2023-cü ilin 9 ayında 26 928 civarında olub.
Eyni zamanda, bu dövrdə 340 ölü doğuş faktı qeydə alınıb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,4% çoxdur. 2024-cü ilin yanvar-sentyabr aylarında Ermənistanda 19,1 min nəfər dünyasını dəyişib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,4% çoxdur.
Qurumun məlumatına əsasən, Ermənistanda əhalinin təbii artımı 5897 nəfər təşkil edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,1% azdır.
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ