Onlayn ictimai-siyasi qəzet
Yaşıl çay dünyanın ən faydalı içkilərindən biri hesab olunur. Onun tərkibində kalori və şəkər yoxdur, əvəzində isə sağlamlıq üçün vacib olan antioksidantlarla zəngindir.
Lakin bu faydalardan tam istifadə etmək üçün yaşıl çayı düzgün zamanda və uyğun şəkildə içmək vacibdir.
Səhərlər acqarına içmək tövsiyə olunur
Dietoloq Coy Dyubost bildirir ki, yaşıl çayın tərkibindəki katexinlər - güclü antioksidantlar - səhər saatlarında daha yaxşı mənimsənilir. Əgər çay yeməklə birlikdə içilərsə, onun tərkibindəki maddələr dəmirin orqanizm tərəfindən mənimsənilməsinə mane ola bilər. Bu isə qan dövranına və enerjiyə təsir göstərir.
C vitamini ilə birlikdə içmək faydasını artırır
Tədqiqatlara görə, C vitamini yaşıl çaydakı flavonoidlərin orqanizmə daha yaxşı sorulmasına kömək edir. Portağal, limon, kivi və ya çiyələk kimi C vitamini ilə zəngin meyvələrlə birgə qəbul yaşıl çayın təsirini artırır.
Yemək aralarında qəbul edin
Çayı yeməkdən dərhal sonra deyil, ən azı 2 saat əvvəl və ya sonra içmək tövsiyə olunur. Bu zaman onun antioksidant komponentləri orqanizm tərəfindən daha yaxşı mənimsənilir və dəmir sorulmasına mane olmur.
Axşam saatlarına diqqət
Yaşıl çayda az miqdarda olsa da, kofein var. Bu da bəzi insanlarda yuxu probleminə səbəb ola bilər. Əgər kofeinə həssassınızsa, yaşıl çayı axşam yox, günorta saatlarında içmək daha məqsədəuyğundur. Yatmazdan əvvəl isə çobanyastığı kimi kofeinsiz bitki çaylarını seçmək daha yaxşıdır.
Antioksidantların təsirini artırmaq üçün 3 sadə qayda:
Yaşıl çayı qaynar (100°C) suda 3-4 dəqiqə dəmləyin.
C vitamini ilə zəngin qidalarla birlikdə qəbul edin.
Südsüz içməyə üstünlük verin - süd antioksidant təsiri azalda bilər./Milli.Az
15 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ