Onlayn ictimai-siyasi qəzet
Ermənistan İqtisadiyyat Nazirliyində və işçilərin evlərində axtarışlar aparılır.
Musavat.com “news.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, ümumilikdə 15-dən çox yerdə axtarışlar aparılır.
Qeyd edək ki, Ermənistanın iqtisadiyyat nazirinin müavini Ani İspiryan yanvarın 30-da Nikol Paşinyanın qərarı ilə vəzifəsindən azad edilib.
168.am-ın məlumatına görə, o, Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.
Xatırladaq ki, Ani İspiryan 2021-ci il sentyabrın 14-dən iqtisadiyyat nazirinin müavini vəzifəsini tuturdu.
Musavat.com
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ