İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda bomba həyəcanı - YENİLƏNİB

Ermənistan Fövqəladə Hallar Nazirliyinə İrəvanın “Zvartnots” beynəlxalq hava limanına bomba qoyulması barədə məlumat daxil olub.


Musavat.com “Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Ermənistan FHN-in mətbuat katibi Ayk Kostanyan bildirib.

“Çağırışa istehkamçılar və kinoloqlar qrupları yollandılar. İşlər aparılır”, - o deyib.

Daha əvvəl FHN-ə İrəvan metropoliteninin stansiyalarına partlayıcı qurğuların qoyulması barədə məlumat daxil olub. Hazırda metronun işi dayandırılıb, yoxlama aparılır.

13:40

Ermənistanda Zvartnots hava limanına bomba qoyulmasına dair məlumat yayılıb.

Musavat.com “Report”a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, hazırda məlumat dəqiqləşdirilir.

Xatırladaq ki, daha əvvəl metroya bomba qoyulmasına dair iddialar yayılmışdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR