Onlayn ictimai-siyasi qəzet
Ermənistan hökuməti hərbi xidmətə çağırış meyarlarının dəyişdirilməsi barədə qərar qəbul edib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yeni nizamnaməyə əsasən, yüngül əqli geriliyi, kəllə sümüyü kistinin əlamətləri, beyin şişi və əvvəllər yararsız sayılmağa əsas sayılan digər problemləri olan şəxslər bundan sonra hərbi xidmətə yararlı hesab olunacaqlar.
Ermənistan Müdafiə Nazirliyindən verilən məlumata əsasən, bu səbəblərə görə xidmətdən azad edilənlərin sayı ildən-ilə artır. Əgər 2020-ci ildə yüngül əqli geriliyə görə 188 çağırışçı buraxılıbsa, 2022-ci ilin qış çağırışında bu rəqəm 321-ə yüksəlib. Yeni qaydalara əsasən, artıq bu əlamətləri olan şəxslər məhdudiyyətlə hərbi xidmətə yararlı hesab olunacaqlar.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ