İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan SON DƏQİQƏ Azərbaycan, Türkiyə və Rusiya BƏYANATLARI: Bu sərhədlərdə... - Detallar CANLI

Bütün gecə Ukrayna Rusiyanın kütləvi hücumu altında olub.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, Rusiya 40 qanadlı və ballistik raket və 580-ə yaxın drondan istifadə edib.

Zelenski qeyd edib ki, Rusiya mülki infrastrukturu, yaşayış sahələrini hədəf alıb: "Dneprdə çoxmərtəbəli binaya birbaşa raket zərbəsi endirilib.

Hücum nəticəsində onlarla yaralı var. Təəssüf ki, üç nəfər ölüb".

Ukrayna lideri qeyd edib ki, Rusiyaya qarşı güclü beynəlxalq cavab lazımdır: "Ukrayna özünü və Avropanı qoruya biləcəyini sübut etdi, lakin etibarlı bir qalxan üçün birlikdə hərəkət etməlidirlər: hava hücumundan müdafiəni gücləndirmək, silah tədarükünü artırmaq, Rusiya hərbi maşınına və onu maliyyələşdirən sahələrə qarşı sanksiyaları genişləndirmək. Rusiyaya qarşı hər bir məhdudiyyət xilas edilmiş həyatdır".

Ermənistanla Azərbaycan arasında bir il yarımdan çoxdur de-fakto sülh bərqərar olub.

Baş nazir Nikol Paşinyan partiyasının qurultayında "artıq bir il yeddi aydır Ermənistan-Azərbaycan xəttində atışmalar nəticəsində itkilərin olmadığını" bildirib.

O qeyd edib ki, Ermənistanın müstəqilliyi dövründə heç vaxt belə bir dövr olmayıb.

"Artıq bir il yeddi aydır, Ermənistan-Azərbaycan sərhədində əsgər ölmür, bu sülhdür", - Paşinyan əlavə edib.

Biz Rusiya ilə münasibətlərin möhkəmləndirilməsi yolu ilə gedəcəyik.

Baş nazir Nikol Paşinyan partiyasının qurultayında bildirib.

Eyni zamanda, Paşinyan qeyd edib ki, yaxın gələcəkdə Ermənistanın Türkiyə ilə quru əlaqələri olacaq.

TV Musavat-ın saat 12:00-da canlı yayımlanan "Həftə içi" efirində hüquqşünas Qulamhüseyn Əlibəyli aparıcı Emil Salamoğlunun suallarını cavablandırır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR