Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan qarşıdakı seçkilərlə bağlı siyasi gündəliyini açıqlayıb.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, 2026-cı ildə keçiriləcək parlament seçkilərində hakim “Vətəndaş Müqaviləsi” partiyası xalqdan ölkəni idarə etmək mandatının daha 5 il uzadılmasını istəyəcək.
“2026-cı ildə biz xalqımıza müraciət edəcəyik ki, Ermənistanı idarə etmək səlahiyyətini daha 5 il bizə versinlər”, – deyə Paşinyan bəyan edib.
Baş nazir əlavə edib ki, xalqın etimadını qazandıqdan sonra hökumət ümumxalq referendumu vasitəsilə ölkənin yeni Konstitusiyasının qəbul olunması prosesinə start verəcək.
Musavat.com
20 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ