Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” partiyasının qurultayında çıxışı zamanı ölkə kilsəsinin rəhbərliyi ilə bağlı sərt açıqlama verib.
Musavat.com xəbər verir ki, o, hazırkı katolikos Ktriç Nersisyanın istefasını zəruri hesab etdiyini bildirib.
“Biz mütləq şəkildə Katolikosluğun Nersisyandan azad olunması gündəliyini həyata keçirməliyik. O, getməlidir. Nə qədər tez getsə, bir o qədər yaxşıdır. Ən yaxşısı isə bunu dərk edib, öz qərarı ilə getməsidir”, – deyə Paşinyan vurğulayıb.
Musavat.com
20 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ