Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin “xüsusi hərbi əməliyyat” (Ukraynada müharibə - red.) ətrafında baş verənlərin tezliklə geridə qalacağına ümid etdiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, Permdə fəaliyyət göstərən zavodlara baş çəkərkən danışıb.
“Ümid edirəm və gözləntim budur ki, xüsusi hərbi əməliyyatla bağlı hadisələr də ötüb keçəcək”, - Putin deyib.
Rusiya dövlət başçısı qeyd edib ki, təchiz olunmuş müasir orduya ehtiyac hərbi əməliyyatlar başa çatdıqdan sonra da qalacaq.
Putin əlavə edib ki, Rusiya Silahlı Qüvvələrinin təkmilləşdirilməsi davam edəcək, ordu daha güclü və effektiv olacaq.
Eyni zamanda NATO da Rusiyaya qarşı hərəkətə keçmə planı hazırlayıb. Putinin addımları cavabsız qalmayacaq.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız təhlükəsizlik eksperti İlham İsmayıldır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
20 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ