İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistana silah tədarükündə Rusiyanın payı 10%-dən aşağı düşüb

Rusiyanın Ermənistana silah tədarükü ilə bağlı sazişlərdəki payı 2020-ci ildəki 96%-dən hazırda 10%-dən aşağı düşüb.

APA xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib. Onun sözlərinə görə, 2020-ci ildə Ermənistanın hərbi-texniki əməkdaşlığının 96%-i Rusiya ilə ölub. “2021-ci ilin yanvarından bu günə kimi müxtəlif ölkələrlə bir neçə milyard dollarlıq müqavilələr bağlamışıq. Bu müqavilələrdə Rusiyanın payı 10%-dən azdır”, - Qriqoryan bildirib.

O, həmçinin bəyan edib ki, 2021-ci ildən Ermənistan tərəfi Rusiyadan silah almağa çalışır, həmçinin Rusiya Federasiyası ilə birlikdə Ermənistan Silahlı Qüvvələrində birgə həyata keçirilməsi planlaşdırılan kompleks islahatlar proqramını hazırlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR