İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan yeni müharibəyə hazırlaşır - Deputatdan SENSASİON YAZI

Azərbaycan bölgədə dayanıqlı sülhün və sabitliyin təmin olunması üçün qətiyyətli addımlar atıb. Bunun ən bariz nümunəsi ötən həftə elan olunan sülh müqaviləsidir. Hər kəs bir daha xatırlamadır ki, sülh müqaviləsinin müəllifi Azərbaycandır – Prezident İlham Əliyevdir!

Lakin sərhəddə son zaman baş verən hadisələr göstərir ki, Ermənistan hələ də tarixi dərslərdən nəticə çıxarmayıb və yeni müharibəyə hazırlaşır.

d981a3bf5ece6ea27907df6c381f7d92.jpg (1.02 MB)

Xatırlayırıq ki, İkinci Qarabağ müharibəsindən sonra Prezident İlham Əliyev sülh müqaviləsi təşəbbüsünü irəli sürdü. O zaman Ermənistan və ona havadarlıq edənlər ümid edirdi ki, zaman keçdikcə vəziyyət dəyişəcək, yeni reallıqlar formalaşacaq və Azərbaycan bu üstünlüyünü itirəcək. Ancaq tarixi qələbəmizi şübhə altına almaq mümkün olmadı, əksinə suverenliyimizi də tam təmin etdik.

Sülh prosesini öz şərtləri əsasında formalaşdırdıq. Sülh prosesinin ikitərəfli müzakirə formatına keçməsi, müqavilənin əsas prinsiplərinin müəllifinin Azərbaycan olması və Ermənistanı buna məcbur edən tərəfin də Prezident İlham Əliyev olması faktı, ölkəmizin sülhə və bu prosesə necə səmimi yanaşdığını bir daha sübut edir. Bəs Ermənistan bu sülh prosesinə necə yanaşır? Onların son addımları göstərir ki, İrəvan yenə də hərbi ritorika və avantüra yolunu seçib.

Ermənistanın yeni müharibəyə hazırlıq planı

uz-erm-ser.jpg (76 KB)

Son iki ildə Ermənistanın silahlanmaya milyardlarla dollar xərcləməsi təsadüfi deyil. Hindistandan "Akash" zenit-raket kompleksləri, Fransadan CAESAR özüyeriyən artilleriya qurğuları və müxtəlif tank əleyhinə raket sistemlərinin alınması onların məqsədinin müdafiə yox, hücum olduğunu açıq şəkildə göstərir.

Bununla yanaşı, Ermənistanda ehtiyatda olan hərbçilərin 1 aprel – 13 iyun tarixlərində tam 10 həftəlik toplanışa çağırılması adi hərbi hazırlıq deyil. Bu, yeni müharibəyə konkret hazırlıqdır. Paralel olaraq, Ermənistan sərhəd boyu yeni hərbi istehkamlar qurur. Bu mövqelər müdafiə məqsədilə deyil, hücum planlarına uyğun şəkildə dizayn edilib.

Təxribat ssenarisi və Aİ-nin rolu

e07e5f774054790575653a331c17c814 (2).jpg (123 KB)

Burada əsas plan açıq görünür: sərhəddə vəziyyəti qəfil dəyişmək, təxribata əl atmaq və Azərbaycanı fakt qarşısında qoymaq. Onların istədiyi odur ki, Azərbaycan aqressiyanın özünə deyil, onun nəticələrinə reaksiya versin. Bu, Ermənistanın siyasi və hərbi avantürasının bir hissəsidir və onların tarix boyu istifadə etdiyi köhnə taktikalardan biridir.

Bu planın həyata keçirilməsində Avropa İttifaqının "müşahidə missiyası"nın da xüsusi rolu var. Görünən odur ki, bu missiya neytral deyil – sərhəd boyunca kəşfiyyat aparır, Azərbaycanın mövqelərini öyrənir və Ermənistanın hərbi komandanlığına ötürür. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və bölgədə gərginliyi artıran əsas amillərdən biridir.

Tarixin tək tstiqaməti – Reallığı qəbul etmək!

Ermənistanın bugünki hakimiyyəti anlamalıdır ki, istənilən cavabı verməyə hazırıq, biz buna qadirik, “Dəmir Yumruq” yerindədir. Lazım olsa, yenə işə düşəcək, daha fəlakətli nəticələrə səbəb olacaq.

Eyni zamanda, Ermənistan xalqı da başa düşməlidir ki, bu hakimiyyətin avantürist siyasəti ölkəni yalnız "Yerablur" qəbiristanlığının genişlənməsinə aparır. Ermənistanın hərbi-siyasi rəhbərliyi üçün hələ də düşünmək üçün vaxt var. Onlar nəticəsi fəlakət olacaq avantüranın başını buraxıb, 2027-ci ilə qədər məqsədli formada - əlavə vaxt qazanmaq üçün uzatdıqları Konstitusiya dəyişikliklərin məhz indi etməlidirlər, referendumlarını keçirməlidirlər.

1faf16df824b1bd64fb93c9b65969468.jpg (63 KB)

Kamal Cəfərov
Milli Məclisin deputatı

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Mart 2025

BÜTÜN XƏBƏRLƏR