İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan XİN başçısının ATƏT-dəki banan nağılı - ilginc və gülünc

“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vyanada ATƏT-in Daimi Şurasında yekun nitqində “blokada”nın dəhşətlərini xarakterizə etmək üçün hekayə danışıb. Mirzoyan deyib ki, Xankəndidə bir erməni uşaq anasından banan istəyib. Banan da evdə tapılmayıb”.

Musavat.com bildirir ki, bunu politoloq İlyas Hüseynov sosial şəbəkədəki şəxsi profilində yazıb. Ekspert Ermənistan XİN başçısının nağılını davam etdirərək bildirib: “Məlum olub ki, qadın bu əhvalatı (bananın yoxluğunu-M.) sosial şəbəkələrdə operativ bölüşüb və Xankəndidən olan bir kişi də cəlb reaksiya göstərib və yazıb ki, evdə bananın yarısı var. Nəticədə onlar görüşüblər və o, qadının uşağı üçün bananın yarısını verib. Əslində Mirzoyanın bu hekayəsinə Oskar da vermək olardı…”

İ.Hüseynov qeyd edib ki, Hollivudda belə ssenariləri əl-əl axtarırlar: “Amma məsələ burasındadır ki, “yarımçıq banan” əhvalatını bir dövlətin xarici işlər naziri Vyanada ATƏT-in Daimi Şurasında yekun nitqində nəql edir və Azərbaycanı qınamaq məqsədi daşıyır. Bəzən bizim ekspertlər erməni diasporu və lobbisi haqqında qorxunc fikirlər söyləyirlər. Belə edərlər, elə edərlər…”

Politoloq vurğulayıb ki, erməni lobbisinin nəyə qadir olduğunu Vətən müharibəsində şahidi olmuşuq: “Gördüyümüz budur ki, erməni diasporunun piarçıları “yarımçıq banan” nağılından yaxşı heç nə uydura bilmirlər, fantaziyaları ancaq banana çatır. Onlar Mirzoyan üçün daha təsiredici “aclıq və blokada” simvolu tapa bilmirlər. BMT-nin Uşaq Fondunun məlumatına görə, bu gün dünyada 13,6 milyon uşağın həqiqətən aclıqdan əziyyət çəkməsi fonunda Qarabağdakı vəziyyəti aclıq adlandırmaq vicdansızlıqdır. Sosial şəbəkələrdə Qarabağ ermənilərinin yeni il ziyafətlərini necə dəbdəbə ilə keçirdikləri haqqında çoxsaylı foto və videofaktları ört-basdır edə bilmədikdən sonra çıxış yolunu bananda görürlər.
Bananla üstümüzə gəlirlər? Budur Ermənistanın müasir siyasi texnologiyaları və hibrid müharibə? Olsun! Qoy onlar banan axtarışında olsunlar, biz də öz işimizi görək!”

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR