İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: "İran dayansın, münaqişəni danışıqlarla bitirəcəm"

İran-İsrail müharibəsi: Netanyahu və Xamneyi atəşkəsdən sonra hansı vəziyyətdə olacaq?

Musavat.com xəbər verir ki, İranın İsrailə endirdiyi son ballistik zərbələr nəticəsində Təl-Əviv və Tamraya şəhərlərində dağıntılar baş verib, ən azı 10 nəfər həyatını itirib, onlarla insan isə yaralanıb. Beynəlxalq mətbuat yazır ki, bu, son illərdə Yaxın Şərqdə müşahidə olunan ən ağır hücumlardan biri olub. Hücum nəticəsində yaşayış binaları, o cümlədən çoxmərtəbəli tikililər tamamilə dağılıb. Hadisə yerindən yayılan görüntülərdə insanların əşyaları, mebellər və tikinti tullantıları binanın qalıqları arasında səpələnib.

ABŞ Prezidenti Donald Tramp isə bu gərginliyə dərhal sərt cavab verib. O, bəyan edib ki, əgər İran ABŞ maraqlarına qarşı hücuma keçərsə, Tehranın “Amerikanın tam hərbi gücü” ilə üzləşəcəyi qaçılmaz olacaq. Tramp həmçinin bildirib ki, “əgər istəsək, biz bu münaqişəni asanlıqla danışıqlar vasitəsilə bitirə bilərik”, amma bunun üçün İranın əvvəlcə hücumlarına son qoyması tələb olunur.

“The Guardian” nəşrinin yaydığı məlumata görə, hazırkı eskalasiya Yaxın Şərqdə dərinləşən geosiyasi qarşıdurmaların tərkib hissəsidir. Qəzet qeyd edir ki, İranın ali dini lideri Ayətullah Əli Xamenei 1989-cu ildə Xomeyninin varisi kimi hakimiyyətə gəlsə də, onun radikal islamçı fəaliyyətləri hələ 1960-cı illərin sonlarında başlayıb. Bu fakt Xameneinin mühafizəkar və münaqişəyə meyilli siyasi xəttinin köklərinin nə qədər dərin olduğunu göstərir.

Nəşrin digər analizində isə qeyd olunur ki, bu müharibənin nəticələri təkcə fiziki dağıntılarla yekunlaşmayacaq. Qənaət belədir ki, Yaxın Şərqdəki bu son böhran İranın həm beynəlxalq aləmdə, həm də daxildəki siyasi çəkisinə ciddi zərbə vuracaq. Ən real ehtimal odur ki, Xamenei və onun inqilabi rejimi illər ərzində topladığı qüdrəti ya əhəmiyyətli dərəcədə itirəcək, ya da bu proses ölümcül zəifləmə ilə nəticələnəcək.

Analitiklər bildirirlər ki, İranın həm ABŞ, həm də İsraillə açıq müharibəyə girməsi ölkə daxilində də gərginliyi artıracaq. Sanksiyalar, iqtisadi tənəzzül və xalqın narazılığı ilə üzləşən rejim üçün bu münaqişə daha dərin siyasi böhranlara yol aça bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR