İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan parlamentinin sədri: Rusiya bizi tək qoyaraq bölgəni tərk etdi

Avropa Birliyinə üzvlük prosesi Ermənistan xalqının iradəsidir və biz bu iradəni Ermənistan parlamentində müzakirə edəcəyik, qərar qəbul edəcəyik, bundan sonra nə edəcəyimiz bəlli olacaq.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlərin müəllifi Ermənistan parlamentinin spikeri Alen Simonyandır.

“Rusiya tərəfi bununla bağlı o qədər də böyük narahatlıq keçirməməlidir və mən düşünmürəm ki, bu, Rusiya üçün problem yarada bilməz. Əgər bu onlar üçün problemdirsə, məncə, Ermənistan və Rusiya tərəflərinin bir-biri ilə müzakirə edə bilməyəcəyi problem yoxdur. Biz müzakirə edə bilərik, həll yolları tapa bilərik, lakin Ermənistan suveren dövlətdir və hansı qanunu qəbul edəcəyini, nəyin onun maraqlarına uyğun, nəyin maraqlarına uyğun olmadığına özü qərar verir. Rusiyanın Ermənistan baxımından bölgəmizdə itirdiyi isə Moskvanın addımları və bizi tək qoyaraq bölgəni tərk etməsidir. Ermənistanı öz təhlükəsizliyini, varlığını təmin etməyə çalışmaqda ittiham edə bilməzlər. Bu ilk addım deyil, bu addımlardan biridir”, - deyə Simonyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR