İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan parlamentində Paşinyana görə ciddi təhlükəsizlik tədbirləri aparılır

Hazırda Ermənistan Milli Assambleyasının iclas zalında ciddi təhlükəsizlik tədbirləri görülür, hətta masalardan su butulkaları da yığılıb.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

Məlumata görə, iclasda iştirak edəcək baş nazir Nikol Paşinyanın təhlükəsizlik işçiləri iclas başlamazdan əvvəl stulları yoxlayırlar, hətta jurnalistlərin də onlara ayrılmış yerlərdə əyləşməyə icazə verilmir.

Xatırladaq ki, bu gün Milli Assambleyada Nikol Paşinyanın da iştirak edəcəyi hökumət saatı keçiriləcək. Bundan əlavə, arxiyepiskop Baqrat Qalstanyan bu gün vacib işlərinin olduğunu bildirib və vətəndaşlardan saat 15:00-da Baqramyan prospektində - Milli Assambleyanın binası ilə üzbəüz olmasını xahiş edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR