Onlayn ictimai-siyasi qəzet
“Ermənistan hakimiyyəti normal, fəaliyyət göstərən müxalifətin olmasında maraqlıdır”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Ermənistan” müxalifət blokunun fraksiyasının katibi Artsvik Minasyan cavabında qeyd edib ki, ölkəyə ilk növbədə milli məsələlər və məqsədlərlə bağlı seçki vədlərini, proqramlarını pozmayan hökumət lazımdır:
“Hakim qüvvə nəinki mühüm milli gündəmlə bağlı hökumətin proqramında əksini tapmış seçki vədlərini yerinə yetirmir, həm də bunun tam əksini həyata keçirir”.
Minasyan qeyd edib ki, hakim qüvvənin parlamentdəki fəaliyyəti məntiqsiz olmaqla yanaşı, həm də qanunlara və Konstitusiyaya ziddir. Spikerin rəhbərlik etdiyi parlament çoxluğunun işi parlamentin bir qurum kimi parçalanmasına gətirib çıxarır.
Alen Simonyan müxalif deputatı cavabsız qoymayıb. Onun sözlərinə görə, hazırkı müxalifətin parlamentdə yer alması elə iqtidarın xidmətidir.
“Bu baxımdan, biz böyük bir kütlənin istəklərini qarşıladıq”, - deyə Alen Simonyan istehza edib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ