İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan parlamentində hələ də Qarabağın kimə mənsub olması müzakirə edilir

 

“Çərçivəsində Ermənistanın həm daxili, həm də xarici sərhədlərinin göstərildiyi “İnzibati-ərazi bölgüsü haqqında” qanunun problemli müddəaları var və ona görə də onların arxasında kimin dayandığını araşdırmaq lazımdır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentində eyni adlı  fraksiyanın katibi, daşnak Artsvik Minasyan danışıb.

Minasyan bununla bağlı  hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Vahan Aleksanyanla mübahisə edib.

Aleksanyan müxalif deputata onlar hakimiyyətdə olarkən Qarabağı faktiki olaraq Azərbaycanın bir hissəsi kimi tanıdığını xatırladıb. Onun sözlərinə görə həmin maddədə belə bir müddəa yer alıb: “Şərqdə Ermənistan Azərbaycan Respublikası ilə həmsərhəddir”.

Minasyan bu formulaların müəllifinə qarşı cinayət təqibinin mümkünlüyünü istisna etməyib. “Qanun çərçivəsində qəbul edilmiş bu daxili nizamnamə beynəlxalq münasibətlər və ərazi məsələləri baxımından heç bir əhəmiyyət kəsb edə bilməz. Təsadüfi deyil ki, sizdən başqa heç kim bu qanuna istinad etmir”, - deyə müxalif deputat bildirib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan da deputat olarkən həmin sənədə imza atıb. “Həmin qanunda Ermənistanın  Laçın dəhlizinin bir hissəsi ilə birlikdə “Dağlıq Qarabağ Respublikası” (qondarma-red.) ilə sərhəd olduğu ifadəsi var. Niyə bu haqda danışmırsan? Niyə bu ifadəni görməzdən gəlirsiz?”, – deyə Artsvik Minasyan bildirib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR