İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan paraflanmış sülh sazişinin mətnini açıqlayır – Paşinyan hökuməti təzyiq altında

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan 11 avqust tarixində Azərbaycanla razılaşdırılmış və paraflanmış sülh sazişinin mətninin ictimaiyyətə təqdim ediləcəyini açıqlayıb.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, bu addım uzun müddətdir davam edən manipulyasiya və fərziyyələrə son qoyacaq.

“Bu sazişin məzmunu ümumilikdə ictimaiyyətə məlumdur – biz artıq dəfələrlə bildirmişik ki, orada nə var və nə yoxdur. Azərbaycan tərəfi ilə razılaşdırıldığı kimi, 11 avqustda sənədin tam mətnini dərc edəcəyik. Sağlam yanaşma ilə bu andan etibarən bütün spekulyasiyalar bitəcək”, – deyə Mirzoyan vurğulayıb.

Xatırladaq ki, 8 avqustda Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş çərçivəsində iki ölkənin XİN rəhbərləri – Ceyhun Bayramov və Ararat Mirzoyan – “Sülh və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş”in layihəsini paraflayıblar.

Ekspertlər hesab edir ki, sənədin açıq şəkildə dərc edilməsi tərəflər arasında etimadın möhkəmlənməsi, ictimai rəydə aydınlıq yaradılması və beynəlxalq ictimaiyyətə şəffaflıq mesajı baxımından mühüm addımdır. Bundan sonra sənəd hər iki ölkənin parlamentlərində ratifikasiya olunmalı və icra mexanizmləri formalaşdırılmalıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR