İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan özünü təzədən bazarlığa çıxarır - Moskvaya arxadan zərbə

Kapitulyant ölkə Rusiyanın əsəblərini sınağa çəkməyə başlayıb - erməni gedişi; batan gəmini öncə siçovullar tərk edir, Ermənistan Qərbə sarı qaça biləcəkmi?..

Ermənilərin nə dərəcədə etibarsız bir xalq olduğunu onların tək xilaskarı ruslar da bilməmiş deyil. Şəkk-şübhə yox ki, Ukrayna avantürasına görə Rusiyanın ayağı sürüşən kimi Ermənistan öz ağasını dəyişəcək. Əslində, Qarabağ klanının hakimiyyəti dönəmindən ta indiyədək aparılan “iki stul” siyasətinin qayəsində də elə budur: geosiyasi şərtlər yetişən kimi Rusiyaya arxadan bıçaq saplamaq, onu atıb Qərbi tutmaq. Kimin haqlı, kimin haqsız olduğu isə onlar üçün heç vaxt önəm kəsb eləməyib.

Təsadüfi deyil ki, Rusiya-Qərb münasibətlərinin kritik həddə kəskinləşdiyi, faktiki yeni “soyuq müharibə” dönəmi başladığı məqamda Ermənistan baş naziri Nikol Paşinyanın Fransaya çoxgünlük səfərə getməsi əcnəbi analitiklərin də diqqətini çəkib. Bu ziyarət ilk növbədə xəyanət kimi qiymətləndirilir.

“Yeni Müsavat” xatırladır ki, ötən ayın sonlarında N.Paşinyanın V.Putinlə telefon danışığı zamanı Kreml başçısı onu şəxsən Moskvaya səfərə dəvət eləmişdi. Ancaq o, Parisə getdi. Özü də Ermənistanın 1 nömrəli strateji müttəfiqi və xilaskarı, 44 günlük savaşda onu ipdən alan bir dövlətin - Rusiyanın ən ağır günündə.

“Hazırda Moskva Ukraynadakı əməliyyatlara görə çox güclü iqtisadi və siyasi blokada ilə üzləşib. Bu situasiyada Rusiyanın azsaylı müttəfiqlərinin siyasi dəstəyinə heç vaxt olmadığı qədər ehtiyacı var. Nikol Paşinyan da özünü bu müttəfiqlər sırasına aid etmişdi. Amma Moskva üçün bu cür ağır məqamda Paşinyan Fransaya rəsmi səfər edir. Paşinyanı əslində Yelisey sarayında yox, Kremldə gözləyirdilər”.

Mixail Zaxarov: “Paşinyan öz müttəfiqindən çox kəskin uzaqlaşdı...” -

Bunu rusiyalı politoloq Mixail Zaxarov söyləyib.

Rusiyalı ekspert hesab edir ki, Ermənistan baş naziri Ukraynada hadisələrin sonrakı inkişafını görərək öz müttəfiqindən məsafə saxlamağı qərara alıb. “Amma Ukrayna hadisələri, Moskvanın beynəlxalq təcridi, sanksiyaların tətbiqi erməni rəhbərliyinin planlarını kəskin dəyişdirdi. Görünür Paşinyan, - yeri gəlmişkən, hazırda o, KTMT-yə sədrlik edir, - hesab edir ki, indi Rusiya ilə siyasi ittifaqların zamanı deyil və öz müttəfiqindən çox sərt şəkildə məsafə saxlayır”, - deyə Zaxarov əlavə edib.

Maraqlıdır ki, Paşinyanın Fransa səfərinin davam etdiyi vaxtda xarici işlər naziri Ararat Mirzoyanın da Brüsselə, NATO-nun mənzil qərargahına səfərə hazırlaşdığı haqda erməni KİV-ləri məlumat yayıb. Məlumata əsasən səfər gələn həftə - martın 17-də baş tutacaq. Səfər proqramı açıqlanmır. Amma nə olur-olsun, nəzərə alsaq ki, bu dəqiqə Rusiya-NATO münasibətlərində də kritik dövr yaşanır, Mirzəyanın Brüssel ziyarətinin Moskvada hansı reaksiya doğuracağını təxmin eləmək çətin olmaz.

Görünən budur ki, rəsmi İrəvan yenə havaya girib, Ermənistanı təzədən satışa çıxarmaq istəyir. Adətən batmaqda olan gəmini öncə siçovullar tərk edir. Məsələ də elə siçovulda - vassal Ermənistandadır. Yerləşdiyi bölgədə, dünyada artıq heç bir söz sahibi olmayan bu “izqoy” ölkənin Qərb üçün hansı dəyərdə ola bilər ki? Dünya okeanına çıxışdan məhrum, daim xarici dotasiyalarla, ianələrlə yaşayan və həmişə iddiaları imkanları ilə tərs mütənasib olan bu cırtdan ölkə, onun sırtıq rəsmiləri ümumiyyətlə, kimə lazımdır?

Mikhail Zakharov profile - Микhаил Закhаров Профиль - Eurohockey.com

Mixail Zaxarov

Aydındır ki, heç vaxt müstəqil xarici siyasət yürütməmiş bir ölkə obrazlı ifadə eləsək, sadəcə, “kabab iyi”nə gedir. Yəni, indi də Rusiyanın qucağından çıxıb Qərbə yük olmağı hədəfləyib - özünün bütün problemləri ilə birgə. Görəsən Qərbə, Avropaya Ermənistan adında “qulpsuz çamadan” lazımdırmı?

Azərbaycan hara, Ermənistan hara? Bu xüsusda Fransanın “Causeur” portalında “Ukraynada müharibə: Avropa Bakıdan kömək istəyir” sərlövhəli məqalə diqqət çəkir (Axar.az). Məqalədə Avropadakı mövcud vəziyyətə toxunulur, Avropanın üzləşdiyi çətinliklərdən söz açılır və belə bir durumda qitənin rəsmi Bakının yardımına ehtiyac duyduğu qeyd edilir.

Ölkəmizin 30 il ərzində üzləşdiyi işğaldan da danışılan yazıda Azərbaycan rəhbərliyinin müdrik siyasəti sayəsində ölkənin çətin iqtisadi vəziyyətdən çıxmasından, tarazlaşdırılmış xarici siyasətindən bəhs olunur. Ölkəmizin müəllifi olduğu və Avropanın enerji təhlükəsizliyinin təminatında misilsiz rolu olan, böyük əhəmiyyət daşıyan beynəlxalq layihələrə, o cümlədən neft və qaz kəmərlərinə xüsusi diqqət ayrılır. Vurğulanır ki, müstəqil iqtisadi inkişafa nail olan Azərbaycanın bu gün beynəlxalq arenada xüsusi yeri var.

“Bəzi məlumatlara görə, Azərbaycan Prezidenti İlham Əliyevin telefonu susmur. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, İtaliya Respublikası Nazirlər Şurasının sədri Mario Draqi, NATO Baş katibi Yens Stoltenberq, Fransa prezidenti Emmanuel Makron son günlər prezident İlham Əliyevə tez-tez zəng edirlər”, - deyə müəllif qeyd edir.

Məqalədə habelə Azərbaycanın 2021-ci ildə Türkiyə, İtaliya, Yunanıstan və Bolqarıstan kimi ölkələrə 19,5 milyard kubmetr təbii qaz göndərməsindən və qarşıdan gələn aylarda bu rəqəmi daha da artıracağından bəhs olunur...

Bakı Xəbər - İctimai Siyasi Qəzet

İndi bu - Azərbaycanın Qərb üçün, Avropa üçün artan strateji önəmi, o da Ermənistan. Lakin bizim bunun qarşılığında Avropadan umacağımız xüsusi heç nə yox. Yalnız bir şeydən savayı: ölkəmizə qarşı, xalqımıza qarşı “ikili standart” siyasətinə son verilsin. “Erməni kartı”ndan Azərbaycana və Türkiyəyə qarşı istifadə olunmasın.

Əfsuslar olsun ki, Avropa Parlamentinin srağagünkü, sırf erməni yalanları üzərində qurulan növbəti fitnəkar və təxribatçı qətnaməsi bu yöndə nikbinliyə əsas vermir. Demək, zərbə alan yenə özlərinin maraqları olacaq...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR