İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan ordusunda ölümlərin sayı müdafiə nazirini belə təəccübləndirib

 

Ermənistan hakimiyyəti orduda islahatlar aparıldığını hər yerdə car çəkir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, təkcə avqust ayında qeyri-döyüş şəraitində altıncı ölüm faktı qeydə alınıb.

Bu səbəblə Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərliyi ilə Silahlı Qüvvələrdə nizam-intizamla bağlı keçirilən xüsusi iclas keçirilib. Tədbirdə  Ermənistan Silahlı qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan, Hərbi Polisin rəisi, general-mayor Aşot Zakaryan da iştirak edib.

Yerli mətbuatın informasiyasına əsasən Ermənistan ordusu və Qarabağdakı qanunsuz silahlı birləşmələr arasında  2022-ci il ərzində 64 hərbçinin ölüm faktı qeydə alınıb. Qeyd etmək vacibdir ki, bu statistikaya 2022-ci ilin sentyabrında Azərbaycan ordusu tərəfindən məhv edilən 222 nəfər daxil deyil.

Bu müddət ərzində xidməti ölümlərin təxminən yarısı, yəni 14 nəfər atəşkəs rejiminin pozulması şəraitində baş verib.

Xidmətlə bağlı olmayan ölümlərin statistikası da ermənilər üçün ürəkaçan sayılmır. Gələn xəbərlərə əsasən, 32 ölüm hadisəsindən 15-i avtomobil qəzası, 13-ü xəstəlik, 2-si qəza nəticəsində olub.

Son 6 ilin statistikasını təhlil etdikdə məlum olur ki, xidmətlə bağlı ölümlər arasında intihar və intihara cəhdlər də üstünlük təşkil edir. 2016-cı ildə 14, 2017-ci ildə 10, 2018-ci ildə 11, 2019-cu ildə 7, 2020-ci ildə 13, 2021-ci ildə 5 belə hal qeydə alınıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR