Onlayn ictimai-siyasi qəzet
Ermənistanda İrəvan meriyasına keçirilən seçkilərdə mühüm səs alan "Ana Ermənistan" bloku şəhər şurasının sessiyasını boykot edir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, blok bunu müxalifət içində mer vəzifəsinə namizəd məsələsində konsensusun əldə olunmaması ilə izah edib.
Blok digər müxalif qüvvələri də toplantını boykot etməyə çağırıb. Bununla müxalifət paytaxtda hakim "Vətəndaş sazişi" partiyasının səslərinin daha da azalacağına və İrəvanda yeni seçkilərin keçirilməsi üçün ilkin şərtlər qurulacağına ümid bəsləyir.
Xatırladaq ki, İrəvan Ağsaqqallar Şurasının ilk iclası oktyabrın 10-na təyin edilib.
Bələdiyyə Şurasına mandatlar aşağıdakı şəkildə bölüşüb:
"Vətəndaş sazişi" - 24
"Milli Tərəqqi" - 4
"Ana Ermənistan" - 12
"Respublika" - 8
"İctimai səs" - 7
Bu o deməkdir ki, heç bir qüvvə mer təyin etmək üçün mütləq çoxluq qazanmayıb. Andranik Tevanyanın rəhbərlik etdiyi "Ana Ermənistan" bloku və Ayk Marutyanın rəhbərlik etdiyi "Milli Tərəqqi" partiyaları şuranın ilk iclasında iştirak etməyəcəklərini bildiriblər. Onlar bununla şurada yetərsay əldə olunmayacağını, onun buraxılacağını və yeni seçkilər keçiriləyini gözləyirlər.
Lakin Vardan Qukasyanın "İctimai səs" partiyası iclasda iştirak edəcəyini bildirib. Burada Paşinyanın partiyası və "Respublika" fraksiyası yer alacağı üçün böyük ehtimalla kvorum təmin olunacaq. Beləliklə, Nikol Paşinyan bununla Ermənistanda daha bir siyasi raundun qalibinə çevrilir.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ