İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan müxalifəti bu səsvermədə iştirak etməyəcək

“Ermənistan parlamentində müxalif mövqedə yer alan eyni adlı fraksiya Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsinə səsvermədə iştirak etməyəcək”.

Musavat.com xəbər verir ki, bunu “Ermənistan bloku” fraksiyasının lideri Seyran Ohanyan parlamentdəki çıxışında deyib.

Onun sözlərinə görə, Ermənistan Respublikası hazırda hətta Avropa İttifaqına üzvlük üçün namizəd statusu almaq üçün “Kopenhagen meyarları”nın tələblərinə cavab verməkdən uzaqdır.

“Ermənistanın yaxın gələcəkdə Aİ-yə üzv ola bilməyəcəyinin aşkar olduğu, üstəlik, beynəlxalq münasibətlərdə mövcud böhrandan sonra yeni dünya düzəninin konturlarının hələ görünmədiyi indiki şəraitdə Ermənistan tərəfindən kəskin geosiyasi dəyişikliklər fəlakətli nəticələrə səbəb ola bilər”, - deyə Ohanyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR